O qarlı şaxtalı müsibət doluGecəni hələ də unutmamışıq.Körpə harayına yetə bilməyənÇarəsiz ananı unutmamışıq.Nə əzab əziyyət çəkdi körpələrBədənlər ayrıldı bir neçə yerə.Qaranlıq gecədə ay yumdu gözünŞahidlik etmədi bu vəhşiliyə. Xocalı, Azərbycan tarixinin qanlı səhifəsi. Tarixdə görünməyən vəhşiliklərlə amansızlıqlarla yazılan tarix. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləçdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrindən şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, Erməni əhatəsində olan şəhərdə qlamış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçilərin dinc əhaliyə divan tutdular Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Tarixlər boyu torpaqlarımız düşmənlər tərəfindən zəbt edilib. Keçmiş tarixə nəzər salsaq şahidi oluruq ki, Azərbaycanın igid oğlanların sayəsində torpaqlarımızın bütövlüyünü qoruyub saxlamaq üçün canlarını fəda etməyə hazır olmuşlar. 44 günlük müharibədə bir daha şahidi olduq ki, vətənpərvərliyimizlə ön sıralarda olmuşuq. Zəfər günü Azərbaycan, azərbaycanlılar üçün çox böyük məna ifadə etdi. İllərdi həsrətində olduğumuz torpağa qovuşmaq, o yerlərə ayaq basa bilmək, əzizlərini bu torpaq uğrunda itirənlərin bir az da olsun ürəyinə su səpə bildiyi gündür Zəfər günü. 8 noyabr təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının Zəfər günüdür. Bu şanlı zəfərin sayəsində bütün Türk elin bir –birinə daha yaxın olacaq, daha güclü və möhkəm münasibət quracaq. Qarabağın hər qarışında, hər daşında şəhidlərin qanı, şəhidlərin nəfəsi vardır. Onlar gələcək nəsillər üçün öz canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. Zəfəri qazanmaq qədər onu qorumaq da bir şərəfdir, vəzifədir və borcdur. Və bu borc, bu şərəf bizə və bizdən sonrakı gələcək nəsillərə aiddir. Oz qanları ilə şanlı tarixi yazanlar özləri də əbədi tarixdə yaşayacaqlar. Hər birimiz bizlərə bu zəfəri, bu sevinci bəxş edənlərə borcluyuq. Bu borcu yalnız bir şəkildə ödəyə bilərik. Daha gözəl bir vətən üçün ürəklə çalışaraq...Məhz onda uyuyan şəhidlərimizin ruhları da şad olar. TƏŞƏKKÜRLƏR MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIM. TƏŞƏKKÜRLƏR AZƏRBAYCAN ORDUSU Çox şükür əməyin getmədi boşa,Bir məğrur orduyla yeridin başa.Bu şanlı tarixdir qayıtdı Şuşa,Zəfərin mübarək, sənin ay Vətən.Gedən hər oğulla ağardı saçın,Verilən qərarlar dərdin, əlacın.Füzuli, Qubadlı, Cəbrayıl, Laçın,Səfərin mübarək sənin, ay Vətən.Xumar Səlimova,Xocalı rayon sakini, şəhid ailəsi